image-2000x150px
image-123
image-ads_atlas
image-22168_4n7j21xvx5backend

Xocalıda hərbi hissə açıldı – FOTO/VİDEO

image-728x90px

Döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Xocalı rayonu ərazisində əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş artilleriya hərbi hissəsinin açılışı olub.

Doğru.az xəbər verir ki, hərbi hissənin xidməti otaqları kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

Hərbi birlik komandiri general-mayor Mais Bərxudarov yeni hərbi hissənin açılışı münasibətilə müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki