Böyük Britaniyanın neft-qaz şirkətinin səhmdarlarına aid olan BP-nin 2023-cü ilin yanvar-mart aylarında xalis mənfəəti ötən ilin eyni dövründəki 20,38 milyard dollar zərərlə müqayisədə 8,218 milyard dollar təşkil edib.
Bu barədə TASS şirkətin hesabatına istinadən yazıb.
Düzəliş edilmiş maddələr və əlaqədar vergilər çıxıldıqdan sonra hesablanan BP-nin əsas mənfəəti 2022-ci ilin yanvar-mart aylarında 6,24 milyard dollardan 20% azalaraq 4,96 milyard dollara düşüb.
BP-nin rüb üzrə gəliri bir il əvvəlki 51,22 milyard dollara qarşı 11% artaraq 56,95 dollara çatıb. Şirkətin sərbəst pul axını 7% azalaraq 7,62 milyard dollar təşkil edib.
Doğru.az