image-n1karobka_ads
image-123
image-rtx44ilm-pic905-895x505-36886backend

Yaponiya fond bazarı indeksi 33 illik rekorda yüksəlib

image-ad_qayo_720x110px

Yanvarın 22-də Yaponiyanın Nikkei fond indeksi 1990-cı ilin fevralından bəri ilk dəfə olaraq 36,5 min bəndi keçib.

Bu barədə Yaponiyanın “Nikkei” nəşri məlumat yayıb.

Nikkei səhmlərinin orta qiyməti əvvəlki iş günündən 1,6% artaraq 36,546-da bağlandı. Bu, son 33 il 11 ay ərzində ən yüksək dəyərdir.

Yaponiyanın 225 ən böyük şirkətinin səhmlərinin dəyərini izləyən indeksin artımı süni intellekt üçün çiplərə tələbat fonunda yarımkeçirici şirkətlərin qiymətli kağızlarının qiymətlərinin artması ilə bağlıdır.

Xüsusilə, Taiwan Semiconductor Manufacturing yüksək performanslı çiplərə artan tələbat səbəbindən keçən həftə proqnozunu yaxşılaşdırdı. Yanvarın 11-də Nikkei indeksinin dəyəri 30 ildə ilk dəfə 35 min bəndi keçib.

Mənbə: Bloomberg

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki