Yaponiya Ukraynadakı münaqişə fonunda Rusiya ilə ticarətdə güzəştli rejimin ləğvini uzatmaq niyyətindədir.
Mövcud məhdudiyyətlərin müddəti martın 31-də başa çatır. Yapon tənzimləyicilərinin ayın sonuna qədər tədbirləri uzatmaq üçün rəsmi qərarı təsdiqləmələri gözlənilir.
Yaponiya 2022-ci ilin martında Rusiya ilə güzəştli ticarət rejimini ləğv edib. Əvvəlcə qadağa bir il, 2023-cü ilin mart ayına qədər qüvvədə idi, lakin sonra daha 12 ay uzadıldı.
Nəşr qeyd edir ki, Tokio da Moskvaya qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil və “ABŞ və Avropa ölkələri ilə birlikdə iqtisadi təzyiqləri davam etdirəcək”.
Mənbə: Bloomberg