image-2000x150px
image-123
image-ads_atlas
image-esasbackend

Yaponiyanın Azərbaycandakı səfiri Qaradağ Sement Zavoduna səfər edib – FOTO

image-728x90px

Yaponiyanın Azərbaycandakı səfiri Junichi Vada sement məhsulları və dayanıqlı inkişaf təşəbbüsləri ilə tanış olmaq üçün “Holcim Azərbaycan” şirkətinin Qaradağ Sement Zavoduna səfər edib.

Səfər zamanı səfir şirkət rəhbərliyi ilə alternativ yanacağın istifadəsi, tullantıların idarə olunması və tikinti tullantılarının təkrar emalı üzrə layihələri müzakirə edib.

Şirkətin əsas fəaliyyəti ilə yanaşı Junichi Vada Holcimin qadınların səlahiyyətlərinin artırılması təşəbbüsləri ilə bağlı korporativ sosial məsuliyyət fəaliyyətləri ilə maraqlanıb. O, həmçinin Ümid qəsəbəsində yerləşən Qadın Mərkəzinə baş çəkib və yerli qadınlarla onların fəaliyyətləri barədə söhbət etməkdən çox təsirlənib.

Səfərin sonunda səfir zavodun ərazisində ağacəkmə kampaniyasında iştirak edib.

Görüşdən sonra səfir Azərbaycan cəmiyyətində dayanıqlı inkişaf təşəbbüslərini təşviq etmək üçün Holcim ilə tərəfdaşlıq qurmağa hazır olduğunu bildirib.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki