image-n1karobka_ads
image-123
image-rian_3053496-hr-pic_32ratio_900x600-900x600-64145backend

Yaponiyanın baş naziri qalmaqala görə fraksiyasını tərk edib

Yaponiyanın baş naziri Fumio Kişida partiya fraksiyaları tərəfindən uzun müddət maliyyə vəsaitlərinin gizlədilməsi və deputatlara pul vəsaitlərinin verilməsi ilə bağlı qalmaqala görə dünənə qədər rəhbərlik etdiyi Koçikay fraksiyasını tərk edib.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Kişidanın fraksiya rəhbəri vəzifəsindən istefa vermək niyyətində olduğu daha əvvəl açıqlanmışdı. Lakin inkişaf edən qalmaqal fonunda o, partiyada baş verənləri müstəqil və obyektiv qiymətləndirmək üçün fraksiyadan çıxmaq qərarına gəlib.

Hazırda Tokio Prokurorluğunun xüsusi bölməsi Yaponiyanın hakim Liberal Demokratik Partiyasının beş fraksiyasının siyasətçilərin iştirakı ilə partiyaya dəstək məqsədilə təşkil olunan pul yığımlarından əldə etdiyi vəsaitin gizlədilməsini araşdırır. Bu toplantılar üçün biletləri çox vaxt Yapon biznes nümayəndələri alırlar. Qanuna görə, bir axşam toplanan məbləğ 200 min yenanı (1,3 min dollar) keçərsə, o zaman hesabatda donorların adları və ianələrin məbləği göstərilməlidir.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki