image-n1karobka_ads
image-123
image-17520517953559729661_1200x630backend

Yardımlı-Deman-Arvana avtomobil yolu bərpa olunur

Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun bir hissəsində bərpa işlərinə start verilib.

Doğru.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər sel sularının zədələdiyi yolun 14-21-ci kilometrlik hissəsini əhatə edir.

Hazırda ərazidə 3800 poqonmetr uzunluğunda alt istinad divarı inşa olunur. IV texniki dərəcəyə uyğun olaraq torpaq işləri, yolun genişləndirilməsi, suötürücü boruların qoyulması, yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşənməsi həyata keçiriləcək.

Layihənin son mərhələsində yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki