image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-08-05t154132-518-1backend

Yasamalda ƏMƏLİYYATLAR: 50 nəfər niyə saxlanılıb? – FOTO/VİDEO

image-728x90px

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən iyun-iyul ayları ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 50 nəfər tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

Saxlanılan şəxslərdən 40 nəfəri barəsində məhkəmə tərəfindən həbs, 10-u haqqında isə digər növdən olan qətimkan tədbirləri seçilib.

Qeyd  edək ki, İdarə əməkdaşları tərəfindən Yasamal rayonunda son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı ümumilikdə 37 kiloqram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub.

Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki