image-2000x150px
image-123
image-ads_atlas
image-5e10281a-59e6-4cfe-a63e-7f6ed4b2991dbackend

“YAŞAT” düşərgəsində unudulmaz gün

image-728x90px

 

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün həyata keçirilən 2-ci “YAŞAT” düşərgəsinin 6-cı həftəsinin növbəti gününə səhər idmanı və psixoloqlarla görüş ilə start verilib.

Sonra Elektron Hökümətin İnkişafı Mərkəzi tərəfindən mobil tətbiqlər, istifadəçi interfeysi mövzusunda təlim baş tutub.

Gün dünyada ilk tanker-muzeyi olan “Suraxanı” gəmi muzeyinin nümayəndələrinin təqdimatı ilə davam edib. Muzeyin direktoru Tural İbrahimov Dənizkənarı Milli Parkda yerləşən və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Suraxanı” gəmisi barədə ətraflı məlumat verib. Nümayiş olunan eksponatlar da böyük maraq doğurub.

“Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun direktoru Tatyana Srebnaya qapalı hovuzda uşaqlara yelkənçinin qayığı, əşyaları barədə təqdimat edib.

Sonra Xüsusi Təyinatlı Qüvvələrin qazilərinin iştirakı ilə səmttəyinetmə ilə bağlı təlim keçirilib və yarış təşkil olunub.

Həmçinin düşərgə iştirakçılarından Xəyal Poladovun doğum günü qeyd olunub. Gün konsert proqramı ilə başa çatıb.

Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

Düşərgənin baş sponsorları : “Qalaaltı Hotel & Spa ”, “PMD Hospitality”dir.

Sponsorlar: “PAŞA Bank”, “NAR”, “Rabitə Bank”, “Bravo” Marketlər Şəbəkəsi

image-56f24aa2-cacb-4945-8a11-ca308ddebd21 image-b6002513-8145-4773-9d72-0763c3f6d788image-de7bbae1-844a-4066-ba4d-626936e86dff image-5e10281a-59e6-4cfe-a63e-7f6ed4b2991d

image-ed41ec31-78c6-4ac2-b6ff-de7e17483e59image-507e33f9-f6a9-4c93-935f-76cf37d7acb9

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki