image-2000x150px
image-1669131763_fb_img_1669131695844backend

Yaşıl kənd turizminin təbliği istiqamətində İNFOTUR proqramı həyata keçirilib

image-728x90px

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəfəq” Ekoturizm İctimai Birliyinin icra etdiyi “Regionlarda yaşıl kənd turizminin təbliği və təşviqi” layihəsi çərçivəsində 19 noyabr 2022-ci il tarixindən Lerik, Astara və Lənkəran rayonuna başlayan 3 günlük infotur yekunlaşıb.

İnfoturda KİV, QHT, turizm sahəsində çalışan və digər maraqlı tərəflərdən ibarət 18 nəfər iştirak edib. Proqramın ilk günü iştirakçılar Lerik rayonunda Hamarmeşə kəndindəki kənd evində yerləşib və onlara birliyin sədri, layihə rəhbəri Vamiq Babayev tərəfindən layihə barədə geniş məlumat verilib, layihənin hədəfləri iştirakçıların diqqətinə çatdırılıb.

Birliyin sədr müavini, layihə eksperti Rafət Şirəliyev tərəfindən iştirakçılarla kənd turizmi anlayışı, fəaliyyətlər və təbliğatın təşkili istiqamətində müzakirələr aparaılıb. İnfotur zamanı iştirakçılar müvafiq olaraq Lerik rayonun Hamarmeşə, Astara rayonun Sım və Tüləgüvan, Lənkəran rayonun Rvo, Haftoni və Xanbulan kəndi və Lənkəran şəhərində olub, kəndlərdə turizm fəaliyyəti ilə məşğul olan ailə kəndli təsərrüfatları ilə görüşlər keçirib, kənd turizmi dəyər zəncirinə daxil olan fəaliyyətlərlə tanış olub və həmin fəaliyyətlərdə birbaşa iştirak ediblər.

İnfotur zamanı kənd yeməklərinin hazırlanması, kənd təsərrüfatı işlərində iştirak, kənd ərazilərində gəzinti, Sım şəlaləsinə səfər və Sitrus təsərrüfatında meyvə yığımı, arıçılıq təsərrüfatı ilə tanışlıq, Çay plantasiyası, Xanbulan gölü, Xan evi və digər turizm əhəmiyyətli məkanlara infotur xarakterli fəaliyyətlər icra edilib.

Proqramın yekununda Lənkəran şəhərində iştirakçılarla layihənin qiymətləndirilməsi yönümlü toplantı keçirilib və infotur iştirakçılarına sertifikat təqdim edilib. Qeyd edək ki, layihənin məqsədi Kənd yaşıl turizmi istiqamətində ailə kəndli təsərrüfatlarının nümayəndələri ilə kəndlərdə görüşlər təşkil etmək, KİV, QHT, Turizm şirkətlərinin əməkdaşları və digər maraqlı tərəflərin iştirakı ilə təbliğat və təşviqat işlərinin təşkil etməklə bu sahədə mütəşəkkilliyin artırılmasına dəstək olmaqdır.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki