image-ads_n1karobka_mobile
image-66e6af6bae5ac944c6564afcbackend

Yəmən husiləri Təl-Əvivə hipersonik raket hücumu həyata keçirdiklərini açıqladılar

Yəmənin husilər kimi tanınan Ənsar Allah hərəkatının üzvləri Təl-Əvivə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Al Masirah telekanalının qeyd etdiyi kimi , hərəkatın hərbi nümayəndəsi Yəhya Saria İsraildə şəhərə hücumun hipersəs ballistik raketdən istifadə edilərək həyata keçirildiyini bildirib.

“Əməliyyat hədəfinə çatan yeni hipersəs ballistik raketin köməyi ilə həyata keçirilib. Düşmənin müdafiə sistemləri onun qarşısını ala bilmədi”.

Daha əvvəl İsrail ordusu İsrailin mərkəzinə düşən raketin Yəməndən atıldığını bildirmişdi.

Mənbə RİA Novosti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki