image-n1karobka_ads
image-123
image-1747655609947211140_1200x630backend

Yeni təhsil proqramları hazırlanır: Komissiyanın növbəti iclası baş tutdu

Elm və Təhsil Nazirliyində yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın növbəti iclası baş tutub. İclasa Elm və təhsil nazirinin müavini, Komissiyanın sədri İdris İsayev rəhbərlik edib.

Doğru.az xəbər verir ki, iclasda Nazirliyin rəsmiləri və Komissiyanın üzvləri iştirak ediblər. İdris İsayev çıxışında yeni təhsil proqramlarının hazırlanmasında işçi qruplarının fəal iştirakını vurğulayıb.

İclasda magistratura səviyyəsində təhsilin məzmununun yenilənməsi, ixtisaslaşmaların dəqiqləşdirilməsi və sosial-iqtisadi inkişaf tələblərinə uyğun mütəxəssis hazırlığının vacibliyi müzakirə olunub. Nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman tərəfindən magistratura səviyyəsi üzrə ixtisaslaşmaların yeni siyahısı və çərçivə sənədinin yekun versiyası təqdim edilib. Bildirilib ki, ümumilikdə 129 ixtisas üzrə 925 ixtisaslaşma təklif olunub.

Müzakirələrdən sonra sənədlərə səsvermə yolu ilə razılıq verilib və iclas interaktiv şəkildə davam etdirilib.

Qeyd edək ki, Komissiyanın tərkibində 9 işçi qrupu yaradılıb: Təhsil, Humanitar və sosial, Mədəniyyət, İqtisadiyyat və idarəetmə, Təbiət, Texniki və texnoloji, Kənd təsərrüfatı, İdman və xidmət, Tibb və səhiyyə ixtisasları qrupları. İşçi qruplarına ali təhsil müəssisələrinin rəhbərləri və əmək bazarından nümayəndələrdən ibarət həmsədrlik mexanizmi ilə rəhbərlik edilir.

DOĞRU.AZ

image-1747655609551679829_1200x630 image-17476556092070812605_1200x630 image-1747655609532361874_1200x630 image-17476556092373228798_1200x630 image-17476556095155435029_1200x630 image-1747655609421214842_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki