image-2000x150px
image-123
image-ads_atlas
image-02backend

“Yevlax KOB evi” sahibkarların istifadəsinə verilib – FOTOLAR

image-728x90px

Bu gün Yevlax şəhərində Kiçik və Orta Biznes Evi (KOB evi) fəaliyyətə başlayıb.

KOBİA-dan “Doğru.az”a verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov, Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev “Yevlax KOB evi”ndə sahibkarlar üçün yaradılmış şərait, dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərlə, KOB evinin foyesində təşkil edilmiş mikro və kiçik sahibkarlıq subyektlərinin, eləcə də, ailə təsərrüfatlarının məhsullarından və əl işlərindən ibarət sərgi ilə tanış olublar.

KOBİA-nın İdarə Heyətinin sədri məlumat verib ki, Agentlik tərəfindən ölkənin şəhər və rayonlarında KOB evlərinin yaradılması həyata keçirilir. “Yevlax KOB evi” artıq binesin istifadəsinə verilən sayca 2-ci KOB evidir.

“Yevlax KOB evi”ndə sahibkarlara vergi, əmlak, kommunal xidmətlərə qoşulma, qida təhlükəsizliyi, kənd təsərrüfatı, reklam, poçt, mənşə sertifikatının, lisenziya və icazələrin alınması üzrə dövlət qurumları tərəfindən xidmətlər göstəriləcək.

Burada, həmçinin, özəl qurumlar bank, sığorta, lizinq, tərcümə, layihələndirmə kimi zəruri biznes xidmətlərini təqdim edəcəklər.

Ümumilikdə “Yevlax KOB evi”ndə sahibkarlara 16 dövlət və özəl qurum tərəfindən 200-dən artıq xidmət göstəriləcək.

“Yevlax KOB evi”ndə yaradılmış KOB İnkişafı Mərkəzində (KOBİM) isə mikro, kiçik və orta sahibkarlıq subyektləri, startaplar və biznes fəaliyyətinə başlamaq istəyənlər üçün təlimlər təşkil olunur.

 





image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki