image-2000x150px
image-123
image-ads_atlas
image-qezabackend

 Yol qəzalarında 2 nəfər öldü

image-728x90px

Ötən gün yol qəzalarında 2 nəfər ölüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 16-da avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Belə ki, sentyabrın 15-də saat 17 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qəsəbə sakini V.Adgözəlov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Səməd Eyvazovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 16-da orada ölüb. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Sentyabrın 16-da saat 20 radələrində Zərdab rayonunun Mollakənd kəndi ərazisində rayon sakini E.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Sona Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki