image-2000x150px
image-123
image-ads_atlas
image-16829379785842832966_1200x630backend

Yüksək dağlıq ərazilərdə sulu qar yağacağı proqnozlaşdırılır

image-728x90px

Azərbaycanda iyunun 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyinin səhər saatlarından başlayaraq güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 21-26°, gündüz 26-29° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 751 millimetr civə sütunundan 755 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin səhər şimal və qərb rayonlarından başlayaraq arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclü olacaq. Havanın temperaturunun gecə 20-25°, gündüz 26-31° isti, dağlarda gecə 8-13°, gündüz 13-16° isti olacağı bildirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki