image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-63backend

Zaqatalada minik avtomobili körpüdən aşıb, xəsarət alan var

image-728x90px

Minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq çayın üzərindəki körpüdən yolun kənarına düşüb.

Hadisə saat 22:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı avtomobildə olan sərnişin, 1992-ci il təvəllüdlü Tərtər rayon sakini Tehran Vüqar oğlu Zülfüqarlı qaş nahiyəsinin açıq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Hazırda T. Zülfüqarlının müayinəsi və müalicəsi Zaqatala RMX-da davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki