Moda sənayesində dünyanın ən böyük qruplarından birinin Inditex brendləri (Zara, Pull&Bear, Massimo Dutti, Bershka, Stradivarius, Oysho, Zara Home) Ukraynaya qayıdır.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Departamentin bəyanatında deyilir ki, 2022-ci ildən Xarici İşlər Nazirliyi ölkədə hərbi əməliyyatların başlanmasından sonra Ukrayna bazarını tərk etmiş bir çox beynəlxalq brendlərlə işləyir. Inditex-in geri qaytarılması McDonald’s, H&M və digərlərinin yenidən açılması kimi addımlardan biridir.
“Böyük beynəlxalq şirkətlərin Ukrayna bazarına qayıtması yeni iş yerləri yaradır, onlara keyfiyyətli mal və xidmətlərə çıxışı təmin edir və Ukrayna iqtisadiyyatını dəstəkləyir”, deyə XİN qeyd edib.
Mənbə: Bloomberg