Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının Ermənistandakı mülki missiyası vasitəsilə parlament seçkilərinin nəticələrinə təsir göstərməyə cəhd edə biləcəyini bildirib.
Onun sözlərinə görə, kibertəhdidlərlə mübarizə və maliyyə axınlarının izlənməsi bəhanəsi ilə Avropa İttifaqı ölkənin daxili proseslərinə müdaxilə etməyi planlaşdıra bilər.
Doğru.az xəbər verir ki, Zaxarova belə addımların qarşıdan gələn seçkilərə təsir göstərə biləcəyini vurğulayıb.
Diplomat qeyd edib ki, “Aİ Ermənistanın daxili işlərinə müdaxilə etməyə çalışacaq və parlament seçkilərinin nəticələrinə təsir göstərmək istəyir”. O, bu ssenarinin istisna olunmadığını bildirib.
Zaxarovanın sözlərinə görə, yeni Aİ mexanizmi Brüsselə Ermənistan hökumət strukturları üzərində əlavə təsir imkanları verə bilər.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Kaja Kallas dezinformasiya ilə mübarizə məqsədilə Ermənistanda Aİ missiyası yaratmaq planlarını açıqlamışdı.
DOĞRU.AZ

























