image-n1karobka_ads
image-123
image-img-20251108-wa0015backend

Zəfərdən şahlanışa – Bakı Atatürk Liseyində Zəfər Günü qeyd olundu

image-ad_qayo_720x110px

Bakı Atatürk Liseyində 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə möhtəşəm tədbir keçirilib.

Doğru.az xəbər verir ki, Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin hər iki şöbəsində təşkil olunan mərasimdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Liseyin müdiri Eylem Gültekin çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin Azərbaycan və bütün Türk dünyası üçün önəmini vurğulayıb. O bildirib ki, bu zəfər yalnız torpaqlarımızın işğaldan azad olunması ilə bitmədi, eyni zamanda Türk dünyasında birliyə və şahlanışa təkan verdi.

Eylem Gültekin çıxışında şəhid və qazilərin göstərdiyi qəhrəmanlıqlardan danışaraq şagirdləri bu igidlərin həyat yolundan örnək almağa çağırıb:
“Bu gün hər bir gənc Vətəni üçün canından keçən qəhrəmanların ruhuna layiq yaşamalı, onların fədakarlığını unutmamalıdır.”

Tədbir zamanı lisey şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və 44 günlük müharibəyə həsr edilən səhnəciklər nümayiş olunub. Sonda xatirə fotosu çəkilib.

DOĞRU.AZ

image-img-20251108-wa0016 image-img-20251108-wa0015

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki