Vladimir Zelenski fevralın 17-nə keçən gecə Birləşmiş Ərəb Əmirliklərinə gəlib.
Bu barədə Ukraynanın STRANA.ua nəşri öz Telegram kanalında məlumat yayıb.
“O, orada ukraynalı məhbusların azad edilməsi məsələsini müzakirə edəcəyini söylədi (BƏƏ tez-tez vasitəçi kimi çıxış edir)”, – nəşr yazıb.
Ukraynanın İqtisadiyyat naziri Yuliya Svırıdenko daha əvvəl demişdi ki, respublika hökumət heyəti Zelenskinin Səudiyyə Ərəbistanına səfərinə hazırlıq üzərində işləyir.
Moskva və Vaşinqton nümayəndələri gələn həftə Rusiya və Amerika liderləri arasında Ukrayna münaqişəsi ilə bağlı təklif olunan sammitə hazırlıq üçün Səudiyyə Ərəbistanında görüşməlidirlər.
Kiyev hakimiyyəti, Fox News-un xəbər verdiyi kimi, Rusiya və ABŞ arasında danışıqlara dəvət edilməyib.
DOĞRU.AZ