Çinin Şanxayını vuran Bebinka tayfunu 1949-cu ildən bu yana şəhəri vuran ən güclü qasırğa oldu.
Doğru.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.
“Bebinka” “4906 Gloria” tayfunu keçərək 1949-cu ildən Şanxaya çatan ən güclü tayfun olub”.
Agentliyin məlumatına görə, tayfun intensivliyi tədricən zəifləyərək saatda təxminən 25 km sürətlə qərb-şimal-qərb istiqamətində hərəkətini davam etdirəcək.
Bundan əvvəl Vyetnamda daşqınlar və torpaq sürüşmələri nəticəsində 179 nəfər həlak olub.
Həmçinin Vyetnamda Yagi qasırğasının vurduğu ziyan 1,63 milyard dollardan çox qiymətləndirilir.
DOĞRU.AZ