image-n1karobka_ads
image-123
image-6945c98c02e8bd0f643170debackend

AB Ukraynaya Rusiya aktivləri hesabına kredit planını rədd edib

image-ad_qayo_720x110px

İtaliyanın Baş naziri Corco Meloni və Fransa Prezidenti Emmanuel Makronun mövqeyi Avropa Birliyində dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə Ukraynaya 90 milyard avro məbləğində kredit ayrılması planının rədd edilməsinə səbəb olub.

Doğru.az xəbər verir ki, “Financial Times”ın mənbələrə istinadən yazdığına görə, hər iki lider hökumətlərinin Belçikanın üzərinə düşə biləcək kreditin geri qaytarılması riskini bölüşmək üçün tələb olunan maliyyə zəmanətlərinə razılaşacağına şübhə ilə yanaşıb.

Məqalədə qeyd olunur ki, bu məsələdə əsas rolu İtaliya Baş naziri Corco Meloni oynayıb. Fransa Prezidenti Emmanuel Makron isə proses zamanı əsasən səssiz mövqe tutub.

Xatırladaq ki, bundan əvvəl Londonda keçirilən Aİ sammitinin uğursuzluqla nəticələnməsindən sonra Avropa İttifaqı Rusiya aktivlərinin müsadirəsindən imtina etmişdi.

Bu arada, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Sosial və İqtisadi Tədqiqatlar İnstitutunun direktoru Aleksey Zubets Avropa ölkələrinin Ukrayna üçün 90 milyard avro toplamasının real görünmədiyini bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki