image-ads_n1karobka_mobile
image-2026-03-17t105525z-1708300720-rc2a6kaweiku-rtrmadp-3-iran-crisis-ship-usabackend

ABŞ amfibiya hücum gəmisi Yaxın Şərqə göndərildi

image-add-a-heading

CNN xəbər verir ki, ABŞ Dəniz Piyadaları bölmələrini daşıyan amfibiya hücum gəmisi USS Tripoli Yaxın Şərqə göndərilib.

Doğru.az xəbər verir ki, gəmi Okinavadakı ABŞ bazasından yola çıxıb və artıq Sinqapur sahillərinə çatıb. Gəmidə təxminən 2200 hərbçi yerləşə bilər.

Rəsmi mənbələr CNN-ə bölmənin Yaxın Şərqə getdiyini təsdiqləyiblər, lakin gəminin dəqiq yerləşdiyi məkan açıqlanmır.

Qeyd edək ki, bundan əvvəl ABŞ USS Gerald R. Forddə baş verən yanğından sonra gəminin Souda dəniz bazasına qayıdacağı bildirilmişdi.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki