image-n1karobka_ads
image-123
image-ivanishvili_voabackend

ABŞ Gürcüstanın hakim partiyasının qurucusu İvanişviliyə qarşı sanksiyalar tətbiq edib

image-ad_qayo_720x110px

ABŞ “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

“Xarici Aktivlərə Nəzarət İdarəsi xüsusi kateqoriyalı vətəndaşların və bloklanmış şəxslərin siyahısını yeniləyib… Bidzina Qriqoryeviç İvanişvili”, – deyə məlumatda deyilir.

Nazirliyin saytında verilən məlumata görə, eyni zamanda Rusiya ilə bağlı müəyyən hərəkətlərlə əlaqədar sanksiyalar tətbiq edilib.

ABŞ daha əvvəl hökumət üzvləri, qanunvericilər və hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla 20 Gürcüstan vətəndaşına qarşı viza məhdudiyyəti tətbiq etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki