image-2000x150px
image-123
image-ads_atlas
image-depositphotos_266204162_xl-pic_32ratio_1200x800-1200x800-52394backend

ABŞ Konqresi borc səbəbiylə iqtisadiyyata mümkün şok barədə xəbərdarlıq edib

image-728x90px

Ölkənin artan dövlət borcuna məhəl qoymağa davam etsək, ABŞ Liz Trussın baş nazirliyi dövründə Böyük Britaniyanın yaşadığına bənzər bir bazar şoku ilə üzləşəcək.

Bu barədə Konqresin müstəqil Büdcə Bürosunun direktoru Filip Svagel Financial Times-a müsahibəsində danışıb.

Onun sözlərinə görə, ABŞ hələ kritik həddə çatmayıb, lakin ölkənin fiskal yükü “görünməmiş” trayektoriya ilə gedir. Faiz dərəcələri yüksəldikcə, kreditorlar qarşısında dövlət borcuna xidmətin dəyəri 2026-cı ildə 1 trilyon dollara yüksələcək və bu, istiqraz bazarında geri çəkilməyə səbəb ola bilər.

Büdcə İdarəsinin məlumatına görə, ötən il ABŞ-ın federal borcu 26,2 trilyon dollara və ya ölkənin ÜDM-nin 97%-nə çatıb. Borc artımı Donald Trump-ın 2017-ci ildə kütləvi vergi endirimlərindən və pandemiya zamanı kütləvi stimullaşdırıcı xərclərdən sonra gəlir. Tramp builki prezident seçkilərində qalib gələcəyi təqdirdə 2025-ci ildə başa çatacaq vergi güzəştlərinin müddətini uzadacağına söz verib.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki