ABŞ Prezidentinin elçisi Stiv Vitkov cümə, 19 dekabrda Mayamidə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rüstəm Umerov və Almaniya, Fransa, Böyük Britaniyanın təhlükəsizlik müşavirləri ilə danışıqlar aparacaq.
Doğru.az xəbər verir ki, bu barədə “Axios” qəzetinin jurnalisti Barak Ravid məlumat yayıb.
O, X platformasında yazıb: “Almaniya, Fransa və Böyük Britaniyadan olan milli təhlükəsizlik müşavirləri bu gün danışıqlar üçün Mayamiyə gələcəklər”.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin birbaşa xətt formatında və geniş mətbuat konfransında Rusiyanın Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu açıqlamış, həmçinin Avropa siyasi elitasında dəyişiklik baş verəcəyi təqdirdə Moskva ilə dialoqa icazə verdiyini bildirib.
DOĞRU.AZ




























