image-2000x150px
image-123
image-ads_atlas
image-15-pic_32ratio_900x600-900x600-4367backend

ABŞ Rusiya uranının idxalını qadağan edən qanun layihəsini təsdiqləyib

image-728x90px

ABŞ Senatı Rusiyadan uranın idxalını qadağan edən qanun layihəsini təsdiqləyib.

Bu barədə Konqresin yuxarı palatasının Enerji və Təbii Ehtiyatlar Komitəsinin bəyanatında deyilir.

Senatorlar bu təşəbbüsü yekdilliklə dəstəkləyiblər. Qanun layihəsi ABŞ-a 2028-ci ilin yanvarına qədər bu növ yanacaq almağa davam etmək hüququ verir. Qadağa 2040-cı ilə qədər tətbiq olunacaq

İndi sənəd imzalanması üçün ABŞ prezidenti Co Baydenə göndərilməlidir.

Rusiya ABŞ-a ən böyük uran tədarükçüsüdür və ölkədə istifadə olunan yanacağın demək olar ki, dörddə birini təmin edir. Uran müqabilində Moskva hər il təxminən 1 milyard dollar alır.

Mənbə6 CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki