image-2000x150px
image-123
image-ads_atlas
image-420052731_3177230405740888_5027313826327947649_nbackend

ABŞ sahillərində ən böyük mərcan rifi aşkarlanıb

image-728x90px

Atlantik okeanının ABŞ-nin nəzarəti altında olan sahillərində ən böyük mərcan rifi aşkarlanıb.

Yeni sualtı xəritəçəkmə texnologiyası sayəsində rifin dəqiq ölçüsü müəyyən edilib. Bu, okean dibinin 3D təsvirlərini yaratmağa imkan verib.

Rif Floridadan Cənubi Karolinaya qədər təxminən 500 kilometr uzanır və bəzi yerlərdə eni 110 kilometrə çatır. Ümumi sahəsi Yellouston Milli Parkının sahəsindən demək olar ki, üç dəfə böyükdür.

Rif günəş işığının nüfuz etmədiyi 200-1000 metr dərinlikdə aşkar edilib. Böyüməsi üçün fotosintez tələb edən tropik qayalıqlardan fərqli olaraq, bu mərcanlar sudan qida hissəciklərini süzərək enerji əldə edirlər.

Suyun dərinliklərində yerləşən mərcan rifləri ekosistemlər üçün vacibdir. Onlar köpək balıqları, dəniz ulduzları, səkkizayaq, krevetlər və bir çox digər balıq növlərini yaşayış yeri ilə təmin edirlər.

Dünyanın ən böyük tropik mərcan rifi sistemi, Avstraliyadakı Böyük Sədd rifi təxminən 2300 kilometrə uzanır. Lakin alimlər hesab edirlər ki, gələcəkdə daha böyük formasiyalar tapıla bilər.

Xatırladaq ki, bu günə qədər okeanın dibinin yalnız 25 %-nin xəritəsi çəkilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki