image-ads_n1karobka_mobile
image-17592383764102459644_1200x630backend

Adil Kərimli Bolqarıstan naziri ilə görüşüb – FOTO

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli İspaniyanın Barselona şəhərində UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransı çərçivəsində sentyabrın 29-da Bolqarıstanın mədəniyyət naziri Marian Başev ilə görüşüb.

Doğru.az xəbər verir ki, görüş zamanı Adil Kərimli ölkəmizdə xarici kino istehsalçıları üçün yaradılan şərait və “Rebate” proqramı haqqında məlumat verib.

Tərəflər kino istehsalı, qeyri-maddi mədəni irs və sualtı arxeoloji irsin araşdırılması üzrə birgə ekspedisiyalar barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, bu ilin noyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək UNESCO Baş Konfransı çərçivəsində müzakirələrin davam etdirilməsi qərara alınıb.

DOĞRU.AZ

image-1759238376120229639_1200x630 image-17592383765206962479_1200x630


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki