image-n1karobka_ads
image-123
image-6781544e02e8bd37f4197e16backend

Ağ Ev: Rusiyaya qarşı sanksiyaların taleyi Trampdan asılıdır

Ağ Ev rəsmiləri bildiriblər ki, Donald Tramp administrasiyası prezident Co Bayden dövründə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların davam edib-etməməsinə qərar verməli olacaq.

“Biz Ağ Evin növbəti komandası üçün danışmaq iqtidarında deyilik”, – deyə RİA Novosti-nin administrasiya rəsmiləri brifinqdə bildiriblər.

Vaşinqton əmindir ki, bu tədbirlər növbəti administrasiyaya Ukraynada “ədalətli və davamlı sülhə nail olmaq üçün əhəmiyyətli təsir rıçaqları” verir.

Bundan əvvəl ABŞ Rusiya neft sənayesinə qarşı genişmiqyaslı sanksiyalar paketinin tətbiqini elan edib.

Sanksiya siyahısına Rusiyanın neft-qaz müəssisələri, top-menecerləri və neft nəqlində iştirak etdiyi iddia edilən onlarla gəmi daxildir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki