image-n1karobka_ads
image-123
image-1733203359backend

Ağ Ev: Ukrayna ilə bağlı danışıqlar Zelenskinin razılığı ilə aparılmalıdır

image-ad_qayo_720x110px

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, Ukrayna nizamlanması üzrə danışıqlar Vladimir Zelenskinin razılığı ilə aparılmalıdır.

O, Slovakiyanın dialoq platforması təmin etmək istəyinə belə cavab verib.

“Biz, şübhəsiz ki, əmin olmaq istəyirik ki, əgər söhbət danışıqlar yolu ilə həll olunarsa… bu, prezident Zelenski ilə tam razılıq əsasında həyata keçiriləcək”, – TASS Kirbidən sitat gətirib.

O vaxta qədər, ABŞ administrasiyasının nümayəndəsinin sözlərinə görə, Vaşinqton Zelenskinin güclü mövqedən dialoq aparmasını təmin edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki