Avropa Komissiyası Ukraynanı ən azı 2027-ci ilin martına qədər dəstəkləməyə hazırlaşır və Aİ-də ukraynalı qaçqınlar üçün qorunma tədbirlərinin bu tarixə qədər uzadılmasını təklif edir.
“Biz hərbi münaqişədən qaçan ukraynalılar üçün müvəqqəti müdafiə tədbirlərinin 2027-ci ilin martına qədər uzadılmasını təklif edirik”, – AK-nin X sosial şəbəkəsindəki bəyanatında deyilir.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Brüsselin Ukraynada münaqişənin davam etdirilməsi zərurəti barədə qərar qəbul etdiyini bildirib.
Vladimir Zelenski də öz növbəsində etiraf edib ki, Ukraynadakı münaqişə 2026-cı ilin iyununa qədər davam edə bilər.
DOĞRU.AZ