image-ads_n1karobka_mobile
image-68ad7c5bae5ac925aa006a2fbackend

Alim: Günəşdəki partlayışlar insan üçün təhlükəli deyil

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Natan Eysmont günəşdə müşahidə olunan partlayışların həyati təhlükə yaratmadığını bildirib.

Doğru.az xəbər verir ki, alimin sözlərinə görə, bu hadisələr sadəcə olaraq Yerin maqnit sahəsinə təsir edir və qısa müddətli dəyişikliklərə səbəb olur:

“Plazma maqnitosferə toxunanda zəif titrəmələr baş verir. Bu təsirlər bir neçə saat və ya ən uzağı bir gün davam edir. Çox nadir hallarda peyklərdə kiçik nasazlıqlar və insanların səhhətində yüngül dəyişikliklər yarana bilər”, – deyə Eysmont qeyd edib.

O əlavə edib ki, Günəşin aktivliyi hazırda zəifləyib və gələcəkdə bu cür hadisələrin sayı daha da azalacaq.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki