image-n1karobka_ads
image-123
image-2302backend

Alimlər ən böyük qara dəlik birləşməsini qeydə alıblar

image-ad_qayo_720x110px

Tədqiqatçılar indiyə qədər qeydə alınmış ən böyük qara dəlik birləşməsini aşkar ediblər.

Doğru.az xəbər verir ki, “The Guardian” nəşri bildirir ki, hadisə Samanyolundan kənarda baş verib.

Məlumata görə, hər biri Günəşin kütləsindən 100 dəfədən çox olan qara dəliklər uzun müddət bir-birinin ətrafında fırlanaraq nəhayət toqquşub və Yerdən təxminən 10 milyard işıq ili uzaqlıqda daha böyük bir qara dəlik əmələ gətiriblər.

Hadisə qravitasiya dalğası detektorları tərəfindən indiyə qədər aşkar edilmiş ən böyük qara dəlik birləşməsi kimi qeydə alınıb və fizikləri bu nəhəng obyektlərin necə əmələ gəldiyinə dair modellərini yenidən nəzərdən keçirməyə məcbur edib.

İyulun əvvəlində isə Günəşin kosmosa rekord səviyyədə qabarıqlıq göndərdiyi və 3I/ATLAS adlı yeni ulduzlararası obyektin Günəş sisteminə daxil olduğu bildirilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki