Almaniya hökuməti Gürcüstanda ümumi dəyəri 237 milyon avro olan layihələrin həyata keçirilməsini dayandırmaq qərarına gəlib.
Onun X sosial şəbəkəsində dərc etdiyi mesaja görə, bu qərara səbəb “Gürcüstanın Aİ yolundan dönməsi”, eləcə də etirazların yatırılması olub.
“Biz yaşıl hidrogenin, enerji şəbəkəsinin və Batuminin su infrastrukturunun inkişafını dayandırdıq” dedi Fişer.
Daha əvvəl bildirilmişdi ki, Aİ-yə üzv ölkələrin liderləri sammitin yekunlarına görə Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə çağırmayıblar.
DOĞRU.AZ