Almaniya İsrailə silah tədarükünə qadağa qoymayıb və tətbiq etmək niyyətində deyil.
Bu barədə Bild Almaniya İqtisadiyyat Nazirliyinin nümayəndəsinə istinadən yazır.
Agentlik RİA Novosti-yə istinadən bildirir ki, “İsrailə silah ixracı üçün lisenziyaların verilməsində heç bir dayanma yoxdur və dayanmayacaq”.
May ayında Almaniya kansleri Olaf Şolz Almaniyanın Fələstini tanımaq planının olmadığını açıqlamışdı.
Həmçinin İsrailin müdafiə naziri Yoav Qalant münaqişənin yeni mərhələsinin başladığını açıqlayıb.
Mənbə RT rusca