image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniyabackend

AMADA son ildə fəaliyyət hesabatını açıqladı

image-728x90px

Cari ildə AMADA-nın Təhqiqat şöbəsi 54 məsələ barədə araşdırma aparıb. Bunlardan 16-sı antidopinq qayda pozuntusu, 38-i məkan məlumatı xətası olub. Məkan məlumatı xətasından üçü məkan məlumatının təqdim edilməməsi, 35-i isə buraxılmış testdir. 

Bu barədə  Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

Hesabat dövründə idmançılardan 1100 antidopinq testi götürülüb və hazırda milli test proqramı ilin sonunadək davam edəcək. Milli test proqramının yekun sayı cari il dekabrın 30-da müəyyənləşəcək. Test bölüşdürmə planı 26 idman növünü və 51 yarımnövü əhatə edir. 35 milli yarışda idmançılardan test götürülüb, 11 beynəlxalq yarışda nümunə toplamaq AMADA-ya həvalə olunub.

Testlərin 96,4 faizi Bakıda, 1,6 faizi bölgələrdə, 2 faizi isə dünyanın digər şəhərlərində götürülüb. Ümumi test olunan idmançı sayının 18 faizini azyaşlı, 7 faizini isə məhdud imkanlı idmançılar təşkil edib.

2023-cü ildə 7 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul olunub. Bunlardan beşi idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu, idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadəyə cəhd antidopinq qayda pozuntusu, biri idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək, biri isə idmançı tərəfindən məkan məlumatı pozuntusu olub. Belə ki, idmanın triatlon növündə üç, boksda, pauerliftinqdə, kikboksinq və cüdoda bir qayda pozuntusuna rast gəlinib.

Ümumilikdə il ərzində 3000 nəfəri əhatə edən 52 maarifləndirmə seminarı, 17 vebinar, 6 kütləvi təşviqat tədbiri və 5 tədbir keçirilib. Cari ildə AMADA Keniya, Yaponiya, Bolqarıstan milli antidopinq təşkilatları, Avropa Həndbol və Beynəlxalq Atıcılıq İdmanı federasiyaları, Dünya Hərbi İdman Şurası ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalayıb.

İl ərzində AMADA-nın əməkdaşları Ümumdünya Antidopinq Agentliyi, Avropa Şurası, UNESCO, Beynəlxalq Test Agentliyi və digər qurumların antidopinq sahəsində təşkil etdiyi mötəbər yarışlarda fəal iştirak ediblər.

Qeyd edək ki, AMADA beynəlxalq standartların, qabaqcıl təcrübələrin və müasir innovativ üsulların tətbiqi ilə ölkədə dopinq nəzarəti prosesini uğurla həyata keçirir. İdmançıların sağlamlığının, onların hüquqlarının və ölkənin təmiz idman imicinin qorunması məqsədi ilə effektiv antidopinq siyasəti aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki