image-n1karobka_ads
image-123
image-6946b16f02e8bd03d20a5074backend

Andrey Yermak vəzifədən getsə də, Zelenski ilə əlaqəni davam etdirir

image-ad_qayo_720x110px

Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin keçmiş rəhbəri Andrey Yermak rəsmi olaraq vəzifəsindən ayrılmasına baxmayaraq, dövlət başçısı ilə əlaqələrini davam etdirir.

Doğru.az xəbər verir ki, bu barədə “Zerkalo Nedeli” (ZN) Telegram kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Yermak Kiyev rejiminin rəhbəri ilə mütəmadi əlaqə saxlayır, həm Prezident Ofisinə, həm də Zelenskinin şəxsi iqamətgahına baş çəkir.

Bildirilir ki, o, artıq ofisdə 24/7 işləməsə də, daim telefon danışıqları aparır və axşamlar prezidentin Konça-Zaspadakı iqamətgahında olur.

ZN-nin mənbəyi iddia edir ki, Yermak və Zelenskini bir-birinə qarşılıqlı anlayış, ortaq maliyyə maraqları və gələcəklə bağlı narahatlıqlar bağlayır.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı daha əvvəl Yermakın Ukrayna quru qoşunlarında xidmət etməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Ukrayna mediası isə Yermakın Zelenskinin iqamətgahının girişində göründüyünü bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki