image-n1karobka_ads
image-123
image-67fe538aae5ac951fb04b753backend

Ankarada Qara dənizlə bağlı toplantı başlayıb

image-ad_qayo_720x110px

Ankarada Qara dənizdə təhlükəsizlik məsələlərinə həsr olunmuş iki günlük toplantı başlayıb.

Bu barədə RİA Novosti yazır.

Agentliyin mənbəsi qeyd edib ki, görüş Türkiyə Müdafiə Nazirliyinin himayəsi altında keçirilir.

Lakin iştirakçılar arasında Rusiyadan nümayəndə yoxdur. Ukrayna tərəfinin nümayəndəsinin Ankarada olub-olmadığı bildirilmir.

Daha əvvəl CNN Türk xəbər vermişdi ki, Rusiya və Ukrayna aprelin 15-16-da Ankarada Qara dənizdə gəmiçilik təhlükəsizliyini müzakirə edəcəklər.

Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa Kiyev və Moskva nümayəndələrinin aprelin 15-16-da Ankarada keçirilməsi planlaşdırılan görüşü ilə bağlı məlumatı təsdiqləməyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki