ABŞ Ədliyyə Departamenti Apple-ı iPhone-un bəzi funksiyalarına girişi seçici şəkildə məhdudlaşdırdığına görə məhkəməyə verə bilər. Bu barədə Bloomberg yazır.
Departament rəqiblərin iPhone aparat və proqram təminatı funksiyalarına çıxışını bloklamaqla antiinhisar qanunvericiliyinin pozulması kimi qiymətləndirib. Bloomberg mənbələrinə görə, müvafiq iddia martın 23-də məhkəməyə verilə bilər. Bu, “Apple”a qarşı antiinhisar qanunlarını pozmaq ittihamı ilə üçüncü məhkəmə iddiası olacaq.
Bundan əlavə, ABŞ Ədliyyə Nazirliyi artıq Google-a qarşı inhisarçılıq iddiası qaldırıb, Federal Ticarət Komissiyası isə Amazon və Meta şirkətlərinə (Rusiyada ekstremist kimi tanınıb və qadağan edilib) qarşı da analoji işlər açıb. Bu tədbirlər ABŞ prezidenti Co Baydenin rəqəmsal texnologiyalar bazarının inhisarlaşması ilə mübarizə kampaniyası ilə bağlıdır.
Mənbə: Bloomberg