image-n1karobka_ads
image-123
image-1672775769_1656060284_1655715411_1654158394_453193backend

Aprelin 18-də ölkə ərazisində hava əsasən yağmursuz olacaq – temperatur yüksələcək

Azərbaycanda aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9°, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 769 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı bildirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki