Argentinada qiymət artımı aprel ayında 8,4%-ə çatıb ki, bu da 2002-ci ilin aprelindən bəri ən yüksək göstəricidir.
Bu barədə Argentinanın CNN Radiosunun saytında Respublika Statistika və Siyahıyaalma İnstitutunun məlumatlarına istinadən yazılıb.
“2023-cü ilin aprel ayında istehlak qiymətləri indeksinin ümumi səviyyəsi 8,4%, məcmu (ilin əvvəlindən) artımı 32% təşkil edib. Ötən ilin müvafiq ayı ilə müqayisədə artım 108,8% təşkil edib”, – deyə hesabatda qeyd olunub.
Ən çox geyim məmulatları – 10,8 faiz, ərzaq məhsulları orta hesabla 10,1 faiz bahalaşıb.
Doğru.az