image-n1karobka_ads
image-123
image-image_940x_6971ea778c382backend

Atışma nəticəsində 3 jurnalist HƏLAK OLDU

image-add-a-heading

İsrail ordusu Qəzza şəhərinin cənubunda bir avtomobili hədəf alaraq üç fələstinli jurnalisti öldürüb.

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki,Məhəmməd Kişta, Ənəs Qneym və beynəlxalq media qurumlarında – o cümlədən CBS News və Agence France-Presse (AFP) – fəaliyyət göstərən sərbəst operator Əbdül Rauf Şaat.

Misir hökuməti ilə əlaqəli humanitar komitənin məlumatına görə, jurnalistlər təşkilatın media bölməsinin tərkibinə daxil idilər və hücum zamanı Əl-Zəhra məhəlləsindəki məcburi köçkün düşərgəsini çəkirdilər. Avtomobilləri çəkiliş yerindən təxminən 1,5 kilometr aralıda vurulub.

İsrail ordusu bildirib ki, hücum zamanı HƏMAS üçün dron idarə etdiyinə inandığı şəxslər hədəf alınıb. Lakin komitənin sözçüsü Məhəmməd Mənsur açıqlayıb ki, faciə günü jurnalistlər yalnız mobil telefonlardan istifadə edirdilər və dron jurnalist işi üçün istifadə edilməyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki