image-n1karobka_ads
image-123
image-havabackend

Avqustun 5-nə gözlənilən hava proqnozu açıqlanıb

image-ad_qayo_720x110px

Avqustun 5-də ölkə ərazisində müşahidə olunacaq hava şəraiti ilə bağlı məlumat verilib.

Doğru.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-qərb küləyi səhər saatlarında əsəcək, günün ikinci yarısında isə cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 24-29, gündüz 35-39, bəzi yerlərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 40-45% təşkil edəcək.

Doğru.az xəbər verir ki, Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacaq. Dağlıq ərazilərdə isə gecə 18-23, gündüz 29-34 dərəcə isti müşahidə ediləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki