May ayında Avropa ölkələri bütün müşahidə dövrü üçün mayeləşdirilmiş təbii qazın idxalı üzrə mütləq rekorda imza atıblar.
Bu barədə “Gas Infrastructure Europe” şirkətinin məlumatında deyilir.
Aİ ardıcıl üçüncü aydır ki, LNG alışı üçün yeni tarixi maksimum müəyyən edib.
Ötən ay Avropa terminallarından Aİ-nin qaz nəqli sisteminə LNG axını təqribən 12,8 milyard kubmetr təşkil edib. m – aprel ayı ilə müqayisədə 0,7% yüksəkdir.
Daha əvvəl bildirilmişdi ki, 2025-ci ilin ilk dörd ayında Rusiyanın Aİ-yə LNG tədarükü 2,4% azalıb.
DOĞRU.AZ