image-n1karobka_ads
image-123
image-6943a26102e8bd7b624a7f8abackend

Avropa parlamentari: Aİ Ukraynada sülhə kömək etmir, əksinə mane olur

image-ad_qayo_720x110px

Belçikalı Avropa Parlamentinin üzvü Rudi Kvens bildirib ki, Avropa İttifaqı Ukraynada sülh sazişinin əldə olunmasına töhfə vermir, əksinə bu prosesə mane olur.

Doğru.az xəbər verir ki, Kvens RİA Novosti agentliyinə açıqlamasında Aİ-nin danışıqlar masasında yer almaq istəməsini, lakin Rusiya ilə hər hansı əlaqə qurmaqdan imtina etməsini qəribə hal kimi qiymətləndirib. Onun sözlərinə görə, Rusiya və ya ABŞ tərəfindən irəli sürülən təşəbbüs və təkliflər alternativsiz şəkildə bloklanır.

“Hazırda mən Aİ-ni sülh razılaşmasına nail olmağın həlli kimi deyil, problemin bir hissəsi kimi görürəm”, – deyə Avropa Parlamentinin üzvü vurğulayıb.

Kvensin fikrincə, Brüsselin Moskva ilə dialoqdan imtina etməsi Aİ-nin sülh təşəbbüslərində iştirak etmək istəməməsinin göstəricisidir və bu yanaşma müharibənin davam etməsinə səbəb olur.

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Rusiyanın yaratdığı təhlükənin Ukraynadakı münaqişə ilə məhdudlaşmadığını və sistemli xarakter daşıdığını bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki