Doğru.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti mayın 15-i axşam saatlarına hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.
Bildirilib ki, Bakı və Abşeron yarımadasında axşam saatlarında arabir yağış yağacaq. Bəzi ərazilərdə yağışın leysan xarakterli, eləcə də şimşəkli olacağı ehtimal olunur.
Sakinlərə ehtiyatlı olmaları, xüsusilə açıq hava tədbirlərində və yollarda diqqətli davranmaları tövsiyə olunur.
DOĞRU.AZ