image-n1karobka_ads
image-123
image-17511094504846832402_1200x630backend

Azərbaycan Aktauda keçirilən Türk mədəniyyəti festivalında təmsil olunub – FOTO

“Aktau – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində “Əcdadların səhraya uyğun sənəti” (Даламен үндес баба өнер) beynəlxalq festivalında tətbiqi sənət ustalarının yarmarkası keçirilir.

AZƏRTAC Mangistau vilayətinin İctimai Kommunikasiyalar Mərkəzinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu festival regionda ilk dəfədir keçirilir.

Beynəlxalq tədbirdə Qazaxıstan, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan, Monqolustan, Başqırdıstan, Kalmıkiya, Tuva və Çuvaşiyadan 45 sənətkar iştirak edir.

Yarmarka çərçivəsində ənənəvi dekorativ-tətbiqi sənət və müasir yaradıcılıq sənayesinin nümayəndələri təcrübə mübadiləsi aparmaq imkanı əldə ediblər. İştirakçılar sərgidə öz məhsullarını təqdim edir və ustad dərsləri keçirirlər.

Mangistau Regional Elmi-Metodiki və Mədəniyyət Mərkəzinin direktoru Akmaral Zeyilovanın sözlərinə görə, festival iştirakçıları ornamentlərlə, qiymətli və yarımqiymətli daşlarla bəzədilmiş məhsullar gətiriblər.

“Festivalın məqsədi etnoturizmi inkişaf etdirmək, milli incəsənəti dəstəkləmək və yaradıcı iqtisadiyyat sahəsində tərəfdaşlığı genişləndirməkdir. Sənətkarlar öz məhsullarının yaradılması prosesini tamaşaçılara nümayiş etdiriblər”, – deyə Akmaral Zeyilova qeyd edib.

DOĞRU.AZ

image-17511094504178012083_1200x630 image-17511094501627953019_1200x630 image-1751109450785219939_1200x630 image-1751109450990759075_1200x630 image-17511094503718631333_1200x630 image-17511094504172613019_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki