image-n1karobka_ads
image-123
image-1708005358773617830_1200x630backend

Azərbaycan hərbçiləri Özbəkistanda keçirilən kursda iştirak edir –VİDEO

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Özbəkistanın Daşkənd vilayəti ərazisində “Dağ rəhbəri” kursunda iştirak edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumat görə, Özbəkistan Müdafiə Nazirliyinin “Çimqan” Dağ hazırlığı üzrə təlim-tədris mərkəzində keçirilən kursda iştirakçılar dağ avadanlıqlarından səmərəli istifadə, qayaya qalxma və enmə, təbii dağ maneə dəhlizlərini aşmaq, dağlıq şəraitdə atəş açmaq, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi və təhlükəsiz təxliyə üzrə əldə etdikləri nəzəri bilikləri təlim sahəsində praktiki olaraq icra edərək gücləndirirlər.

“Dağ rəhbəri” kursunda Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki