image-2000x150px
image-123
image-ads_atlas
image-17182645711927164809_1200x630backend

Azərbaycan ilə Misir fotoklubları arasında memorandum imzalanıb – FOTO

image-728x90px

“Gilavar Foto Klubu” İctimai Birliyinin təşkilatçılığı, Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə ölkəmizdə səfərdə olan misirli fotoqraf Ahmed Mohamed Hassan ilə görüş olub.

İctimai Birlikdən Doğru.az-a bildirilib ki, yerli fotoqrafların iştirak etdiyi “Fotoqonaqla görüş” layihəsi birliyin “PeşəkarSən” maarifləndimə proqramı çərçivəsində keçirilib.

İctimai birliyin idarə heyətinin sədri Rəşad Mehdiyev Gilavar Foto Klubunun fəaliyyəti barədə qonağa məlumat verib, azərbaycanlı fotoqrafların beynəlxalq arenadakı uğurlarından bəhs edib.

“Pharaoh” (Firon) beynəlxalq fotoklubunun təsisçisi və rəhbəri Ahmed Mohamed Hassan fotoqraflarla öz fikirlərini bölüşüb, təqdimatla çıxış edib. Dünyada 20-dən artıq foto təşkilatın titullarına layiq görülən qonaq yerli fotoqraflara ustad dərsi keçib.

Bundan əlavə, Ahmed Mohamed Hassan Gilavar Foto Klubu tərəfindən təşkil olunan “Azerbaijan Photo Salon 2024” beynəlxalq fotomüsabiqədə münsif qismində çıxış edir.

Tədbir çərçivəsində iki klub arasında Anlaşma Memorandumu imzalanıb.

Sonda Gilavar Foto Klubunun bir qrup üzvünə “Pharaoh” beynəlxalq fotoklubu tərəfindən fəxri diplomlar verilib.

DOĞRU.AZ

image-17182645712838021256_1200x630 image-17182645714287422016_1200x630 image-17182645714310953197_1200x630 image-1718264571390894090_1200x630 image-1718264571351553744_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki